senetaz

Həsən Əliyev 80 D

14 Fevral 2015 217

“Çölçü” “Ən yaxşı rejissor” mükafatını qazandı

“Çölçü” “Ən yaxşı rejissor” mükafatını qazandı

cholchuŞamil Əliyevin “Çölçü” filmi Hindistanda keçirilən II Noida Beynəlxalq Film Festivalı -2015-də “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. Kulis.Azın məlumatına götə mükafat bu gün Hindistanın Dehli şəhərində təqdim olunacaq.

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.