İyunun 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq, iki dəfə SSRİ Dövlət Mükafatı laureatı, Xalq Artisti, professor Cövdət Hacıyevin 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Senet.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən gerçəkləşəcək.
Tədbir çərçivəsində bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş sərgi açılacaq, əsərləri səslənəcək, milli musiqi tariximizin inkişafındakı xidmətləri xatırlanacaq.
Yubiley konsertini Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür