senetaz

Həsən Əliyev 80 D

17 May 2018 213

“Cümhuriyyət – 100” hekayə müsabiqəsinin mükafatlandırma mərasimi keçiriləcək

“Cümhuriyyət – 100” hekayə müsabiqəsinin mükafatlandırma mərasimi keçiriləcək

^572C4140A0601C215FAE78D3C5E82178D73C7E106DB5EBC964^pimgpsh_fullsize_distr 19 may tarixində, saat 15.00-17.00-da kitabevim.az-ın 28 may mağazasında “Ustad” dərgisinin təşkil etdiyi “Cümhuriyyət – 100” hekayə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək. İlk 3 yerin qalibi mükafatlandırılacaq, qısa siyahının digər imzalarına hədiyyələr veriləcək. “Cümhuriyyət – 100” hekayə müsabiqəsində qalibiyyətə iddialı hekayələr bunlardır: Aytən Rafiqxanova – “Pirəmsaq baharı” hekayəsi Ceylan Mumoğlu – “Quyu” ­ hekayəsi Rəşad Babalı – “Dar ağacı” hekayəsi Nizami Hüseynov – “Qəzetçi Seyid” hekayəsi Lalə Məmməd – “Görünən əraf” hekayəsi Cavid Qədir – “İtki” hekayəsi Tural Türksoy ­– “Al-yaşıl pişnamaz” hekayəsi Tural Cəfərli – “Rus çəkmələrinin qoxusu” hekayəsi Ülviyə Tahir – “Sakvoyaj” hekayəsi Şəfa Vəli – “O evin tarixçəsi” hekayəsi Pərviz Əlyaroğlu – “Yüzillik həsrət” hekayəsi   Dərginin təsisçisi “Hədəf” nəşrlərindən aldığımız məlumata görə, mərasimdə həmçinin “Ustad” dərgisinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi xüsusi buraxılışı və “Xatirə ədəbiyyatı” seriyasının yubiley nəşri olan M.Rəsulzadənin “Qafqaz xatirələri” kitabı təqdim ediləcək.