Noyabrın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Trubadur” operasının tamaşası keçiriləcək. Tamaşada əsas partiyalardan biri – Leonoranı gənc və istedadlı vokalçı, əməkdar artist, Prezident mükafatçısı Afaq Abbasova, onun tərəf müqabili Manriko partiyasını isə əməkdar artist Fərid Əliyev ifa edəcək. Bakı Musiqi Akademiyasının məzunu Nina Makarova isə ilk dəfə tamaşada Azuçena rolunda çıxış edəcək Azərbaycan Opera və Balet Teatrının solistləri ilə yanaşı, tamaşada Ukrayna Milli Operasının aparıcı solisti Dmitri Qrişin də çıxış edəcək. Qeyd edək ki, D.Qrişin vokalçıların beynəlxalq müsabiqələrinin laureatıdır. O, bir çox Avropa ölkələri – Macarıstan, İspaniya, Niderland, Almaniya və Şotlandiyada uğurlu qastrol səfərlərində olub. Ukraynalı vokalçı tamaşada Qraf de Luna partiyasını ifa edəcək. Tamaşanın dirijoru "Dirijorların beynəlxalq müsabiqələrinin və Milli “Humay” mükafatının laureatı" Əyyub Quliyevdir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür