"2021-ci ilin sonunda ədəbiyyat adamları kitab üzərindən 18 faiz əlavə dəyər vergisinin götürülməsini böyük məmnunluq hissi ilə qarşıladı. Bu, ilk növbədə, naşirlər üçün çox önəmli bir hadisə idi. Onlar uzun müddət 18 faiz əlavə dəyər vergisinin götürülməsini istəyirdilər, dəfələrlə kitab və kağız üzərindən əlavə dəyər vergisinin götürülməsi barədə məsələ qaldırırdılar".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Elnarə Akimova deyib.
Deputat bildirib ki, humanitar sahəyə daha çox diqqət ayrılmalı, güzəştlər tətbiq olunmalıdır: “Ədəbi orqanlarda çap olunan məqalələrə yazılan qonorarlardan 29 faiz vergi tutulur. Bu qədər vergi tutulandan sonra da yaradıcı adama boş əziyyətdən başqa heç nə qalmır. Onsuz da bu sahədə çalışanların maaşı azdır. Qələm adamı üçün bir məqalənin hasilə gəlməsi o qədər də asan proses deyil və bunun qarşılığı qəpik-quruş olmamalıdır. Mədəniyyət Nazirliyinin hər hansı mövzu ilə bağlı verdiyi sifariş əsasında kitablar ərsəyə gətirilir. Müəllif bir kitabın hasilə gəlməsi üçün araşdırma aparır, tədqiqat xarakterli mətn ərsəyə gətirir. Nəticədə yaxşı qonorar da yazılır. Amma yaxşı yazılan bu qonorardan o qədər vergi tutulur ki, verilən əməyə insanın heyfi gəlir. Yaradıcı şəxs öz əziyyətinin qarşılığını layiqincə almalıdır ki, onda stimul yaransın. Bu mənada, təklif edirəm ki, məqalə və kitablara yazılan qonorarlardan tutulan vergini maksimum azaltmaq, yaxud ləğv etmək lazımdır və bu ölkənin qələm sahiblərinə xeyli dəstək olar”.
"Ədəbiyyat qəzeti"
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub