
Braziliyada Atilla Barbos adlı gənc yeni sosial şəbəkə yaradıb. “Facegloria” adlanan şəbəkədə söyüş söymək mümkün olmayacaq. Sayt xristian dinin qaydalarına uyğun fəaliyyət göstərəcək. Qısa zaman ərzində 100 min üzvü olan “Facegloria”da 600 sözdən ibarət qadağan edilmiş sözlərin siyahısı var. Bundan başqa dini şəbəkədə “like” düyməsini “amin” düyməsi əvəz edir.
Saytın yaradıcısı Atilla Barbos mətbuata açıqlamasında məsələ ilə bağlı bunları deyib: “Digər sosial şəbəkələrdə həddən artıq şöyüş və pornoqrafiya var. Biz bundan uzaq olmaq istəyirik. Bunun üçün də Allahın kəlamını paylaşa biləcəyimiz bir sosial şəbəkə yaratmaq qərarına gəldik.
Qeyd edək ki, “Facegloria” hazırda yalnız portuqal dilində yayımlansa da, sayt rəhbərliyinin sözlərinə görə istifadəçilər qısa müddət ərzində digər dillərdə də istifadə edə biləcəklər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür