Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, şifahi – ardıcıl tərcümə üzrə peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə seçim turlarının növbəti mərhələsinə start verib. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, turlar ingilis dili üzrə ictimai-siyasi sahədə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır. Turlarda iştirak etmək istəyənlər qeyd olunan sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, CV) bu ilin 30 sentyabr tarixinədək mərkəzin info@aztc.gov.az ünvanına göndərməli, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim etməlidirlər. Qeyd edək ki, turlarda iştirak ödənişlidir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür