
Dünya Gənc Türk Yazarlar Birliyi (DGYTB) ilə Bakı Avrasiya Universiteti (BAU) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Senet.az xəbər verir ki, memorandumu BAU-nun rektoru, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov və DGYTB-nin başqanı, şair-publisist İntiqam Yaşar imzalayıblar.
Görüşdə universitetin elmi işlər üzrə prorektoru dosent Gülzar İbrahimova və Azərbaycan, Dünya ədəbiyyatı kafedrasının müdiri professor Elmira Məmmədova-Kekeç və DGYTB-nin başqan müavini, şair Ayşən Rəhim edib. Tərəflər birgə təşkil olunacaq konfranslar, seminarlar, nəşrlər və digər mədəni layihələr haqqında ətraflı fikir mübadiləsi aparıblar.
Söhbət zamanı imzalanmış sənədin gələcəkdə həyata keçiriləcək ortaq layihələr və ədəbi-elmi yönümlü əməkdaşlıqların əsasını qoyduğu vurğulanıb.
Əməkdaşlıq memorandumu iki qurum arasında ədəbi və elmi istiqamətdə daha sıx əlaqələrin qurulmasına, gənc yazarların dəstəklənməsinə və ortaq türkcədə ədəbi nümunələrin təşviqinə xidmət edəcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür