
Culiya Robertsin baş rolda oynadığı “Dünyanı geridə burax” filminin bu həftə premyerası keçirilib. İtan Houk və Kevin Beykonun da rol aldığı ekran əsəri “Netflix”də dekabrın 8-dən yayımlanacaq.
Filmin prodüseri ABŞ-ın sabiq prezidenti Barak Obama və sabiq birinci xanım Mişel Obama, ssenarist və rejissor “Mister robot”un yaradıcısı Sem Esmaildir. Film Rumaan Alamın eyniadlı roman-bestselleri əsasında çəkilib.
Culiya Robertsin sözlərinə görə, “Dünyanı geridə burax” filmi onun özündən həddindən artıq seçilən şəxsi oynamağa imkan verən çoxlaylı triller-faciədir.
Lakin Sem Esmailin dediyi kimi, Alamın kitabının pərəstişkarları dəqiq adaptasiyanı gözləməməlidirlər.
“Ədəbi mühitdə işlənən kinematoqrafiyadakında işləməyə bilər. Mən Rumaanla çox açıq danışdım, interpretasiyada özümə sərbəstlik verəcəyimi ona dedim. Fikrimcə, bir çox hallarda bizim hər ikimiz istədiyimizi aldıq. Çünki kitab və film – bu, bir-birindən asılı olmayaraq hərəkət edən iki müxtəlif müstəqil əsərlərdir”, - deyə rejissor vurğulayıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür