Gələn il İrəvan Dövlət Azərbaycan Dram Teatrının yeni binasının təmirinə başlanılacaq.
Senet.az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Şuşa Musiqili Dram Teatrının yeni binasının əsaslı bərpa və təmir-tikinti işlərindən sonra açılış mərasimində deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı ölkənin teatr həyatının yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. Azərbaycanda bütün teatr məkanları müasirləşdirilir, dəyişdirilir, yeni avadanlıqla təchiz edilir.
“Biz gələn ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrının yeni binasının bərpasına başlayacağıq. Artıq layihələndirmə işləri görülüb. İqtisadiyyat və Maliyyə nazirlikləri Prezidentin tapşırığına əsasən lazımi sənədləri hazırlayıblar. Yəqin ki, növbəti mövsümdə təmir-yenidənqurma işlərini başa çatdıracağıq”, – deyə nazir qeyd edib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür