
Senet.az Ayşə Nəbinin tərcüməsində Edqar Alan Ponun şeirlərini təqdim edir:
Tapmaca
Müdrik qraf urak dedi bir dəfə: “Çətindir sonetdə tapmaq bir fikir! Çox vaxt yazar üçün o əyləncədir, Gətirin işığa tutaq biz onu. Zərifdir o qadın örpəyi kimi, Salır o üzlərə kölgəyini. Başqa şair isə fərqli düşünür: Nala-mıxa vurur, o heçdir deyir, Şerin mənası bir zibil deyil”. D’Urak haqlıdır, küfrdür “Petrarkın cəfəngiyyatı”. O bir boş, mənasız söz yığınıdır, Eləcə vururlar, sanki laqqırtı. Budur mən yazıram öz cavabımı, Tapıram mənalı deyilməmiş söz. Qoyuram adını öz sevgilimin Məna çələnginin çiçək yerinə.
Helenə
Helen, sənin gözəlliyin O balıq qoxulu dəniz üstündən Yorğun yolçu kimi şütüyüb gedən Naykın yelkənidir keçmiş günlərdən. Kədər dənizində qərq olanda mən O sünbül saçların, solğun bənizin, O su pərisi tək həzincə səsin Doğma xəyallara qaytardı məni, Əbədi gözəllik o Elladaya, Qaytardı Romanın əzəmətini. Almaz pəncərənin önündə durub Çırparaq o zərif qanadlarını Alıb əllərinə yanan o çırağı Ey ağıl, Müqəddəs yuxuya tərk etmə məni.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür