İyunun 29-da Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-publisist Sevinc Ədalətqızının “İstiqlal abidəsi Əhməd Cavad”, “Fırtınalı ömür”, “Cavad və Şükriyyə dastanı”, “Əhməd Cavad haqqında xatirələr”, Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr etdiyi “İstiqlal eşqiylə yanan ürəklər” kitablarının təqdimat mərasimi keçiriləcək.
Müəllif Senet.az-a bildirib ki, kitablarda Əhməd Cavadın keşməkeşli yaradıcılığı haqqında indiyədək görkəmli ziyalılar tərəfindən qələmə alınmış məqalələr, ona ithaf edilmiş şeirlər, şairin doğmalarının xatirələri yer alıb. Tədbirdə elm, təhsil, mədəniyyət xadimləri və Əhməd Cavadın nəvələri Anar və Vüsalə Axundzadələr, ictimaiyyət nümayəndələri iştirak edəcəklər
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür