Azərbaycanın Xalq yazıçısı Elçinin yeni yazdığı “Stalin” pyesinin Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında premyerası göstərilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə görkəmli mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Stalin kimi ziddiyyətli, mürəkkəb xarakterli şəxsiyyətin otuz il nəhəng Sovet imperiyasına rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi repressiyalar zamanı milyonlarla insan məhv edilmiş, sürgünə, işgəncələrə məruz qalmışdır. Kim idi “yoldaş Stalin?”. Qaniçən bir zalım, yoxsa ölkənin inkişafı və gələcəyi naminə çalışan böyük dövlət xadimi? Bu suallara birmənalı cavab vermək mümkün deyil.
“Stalin” pyesi də bu sualları qarşıya qoyur və onlara yüksək bədiiliklə cavab axtarır. Əsərə Rusiyanın tanınmış rejissoru Kirill Zaborixin quruluş verib. Quruluşçu rəssam Tatyana Melnikova, bəstəkar Andrey Şoşkindir (Rusiya). Baş rolları Yaqub Zeynalov (Stalin), Marina Litvinenko (Olqa Aleksandrovskaya), Rüstəm Kərimov (Partiya kuratoru), Zaur İsgəndərov (Nazirlər kuratoru), Oleq Əmirbəyov (Təlükəsizlik kuratoru), Zaur Terequlov (Ticarət kuratoru) ifa ediblər. Xalq yazıçısı Elçinin dram əsərləri artıq çoxdan ölkəmizin sərhədlərini aşmışdır. Onun “Mənim sevimli dəlim”, “Şekspir”, “Qatil”, “Teleskop”, “Sənətkarın taleyi” və s. kimi pyesləri müxtəlif dillərə tərcümə edilərək, dünyanın Ankara və İstanbul, Nyu-York və London, Moskva və Sankt-Peterburq, Roma və Seul və digər böyük şəhərlərinin teatrlarında müvəffəqiyyətlə tamaşaya qoyulmuş, tamaşaçıların rəğbətini qazanmışdır. Qeyd edilməlidir ki, böyük uğurla keçən “Stalin” tamaşası, Elçinin S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında hazırlanan doqquzuncu pyesidir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür