Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda noyabrın 9-da “Əli və Nino” tamaşası nümayiş etdiriləcək. Senet.az məlumat verir ki, Marneuli Mədəniyyət Mərkəzində göstəriləcək tamaşaya giriş sərbəst olacaq. Gürcüstan və Azərbaycanın ilk respublikalarının yaranmasının 100 illik yubileyinə həsr olunmuş səhnə əsəri İvane Maçabeli adına Tsxinval Dövlət Dram Teatrı tərəfindən hazırlanıb. Tamaşanın rejissoru Qoça Kapanadzedir. Tamaşanın nümayişi Marneuli sakinlərinə Gürcüstanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin dəstəklədiyi və etnik azlıqların inteqrasiyasına dəstəyə yönəlmiş “Rəngarəng Gürcüstan” layihəsi çərçivəsində təşkil olunacaq. Qeyd edək ki, Gürcüstanda ilk dəfə səhnələşdirilmiş “Əli və Nino” tamaşasının premyerası bu ilin may ayının 1-də Tbilisidə Şota Rustaveli adına Teatrda keçirilib. Səhnə əsərində Azərbaycan müsiqilərindən də istifadə olunub.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür