Fevralın 2-də "Hədəf" STEM Liseyində Gənclər günü münasibətilə "Elmin ekologiyası" adlı elmi-kütləvi seminar keçirilib.
Senet.az xəbər verir ki, elmsevərlər təlimdən əvvəl liseydə fəaliyət göstərən İnteraktiv Elm Muzeyinin rəhbəri Elçin Abbasovla görüşdülər. Bu görüşdə Elçin bəy bir-birindən maraqlı təcrübələrini əyani şəkildə nümayiş etdirdi. Gənc elmsevərlərlə göstərdiyi təcrübələrin işləmə mexanizmini müzakirə etdi.
E.Abbasovun sözlərinə görə, muzeydə 100-ə yaxın eksponat var. Direktor nəzərə çatdırıb ki, sözügedən muzey istər uşaqlar, istərsə də digər yaş kateqoriyasnda olan şəxslər üçün elmin populyarlaşdırılması üçün ciddi perspektivlər açır.
Seminar çərçivəsində ekoloq Nurlan Suvarovun "Nikola Teslanın ən maraqlı təcrübələri" adlı təlimi maraqla qarşılanıb.
Ardınca ekoloq Minayə Ələkbərlinin "Ekologiyada ixtiraçıların izi" təlimi dinləyiciərin marağına səbəb olub. M.Ələkbərli alternativ və bərpa olunan enerjidən də söhbət açıb.
Sonda "Hədəf" Nəşrlərinin direktoru, yazıçı Səbuhi Şahmursoy çıxış edərək iştirakçılara minnətdarlığını bildirib. Ətraf mühitin, canlıların qorunmasınının, daha gözəl dünyada yaşaya bilməmizin öz əlimizdə olduğunu diqqətə çatıdırıb.
[gallery ids="31484,31485,31486,31487,31488,31489,31490,31491,31492,31493,31494"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür