Bu gün Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi Elxan Ocaqovun doğum günüdür. O, doğum günüylə bağlı açıqlamasında “Təntənəni xoşlamıram. Ad günümü iş başında keçirəcəyəm” – deyə bildirib. Qeyd edək ki, E. Ocaqov 1954-cü ildə anadan olub. 1976-cı ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunun "Filologiya” fakültəsini fərqlənmə diplomu ilə bitirib. İnstitutu bitirdikdən sonra bir müddət orta məktəbdə müəllim, 1984-1989-cu illər ərzində "Sovet Gürcüstanı” qəzetində xüsusi müxbir işləyib. 1989-cu ildə Bakı Bələdiyyə “Tənqid-Təbliğ” Teatrında direktor müavini, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında sərəncamçı-direktor, 2006-2008-ci illərdə isə direktor əvəzi vəzifəsində çalışıb. Kadrların seçilməsində və yerləşdirilməsində, istedadlı gənclərin teatra cəlb edilməsində və onlara qayğı və diqqətin artırılmasında, hazırlanan tamaşaların bədii-estetik səviyyəsinin yüksək olmasında, tərtibat işində, kütləvi tədbirlərin uğurla keçirilməsində, teatr sənətinin, milli mədəniyyətin geniş təbliği istiqamətində fəal iştirak edib. “Şirbalanın məhəbbəti” filminin prodüseri və redaktorudur. 2008-ci il tarixindən Musiqili Teatrda direktor müavini vəzifəsində çalışır. Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüdür. Senet.az
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür