Kitabevim.az kitab marketində Elxan Xanəlizadənin “Sürgün” kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda KİV nümayəndələri, yazarın qələm dostları, ictimai-siyasi şəxslər iştirak edib. Tədbiri giriş sözü ilə Elxan Xanəlizadə açıb.
O, tədbir iştirakçılarına kitab haqqında geniş məlumat verib: “Tədbir iştirakçılarına öz dərin təşəkkürlərimi bildirirəm. “Azərbaycan Kültür Evi” yayınları tərəfindən “Yol” romanım “Sürgün” adı altıda türkcəyə tərcümə edilib. 2000 tirajla işıq üzü görən kitabda bəzi əlavələr edilib. Bu addım türk oxucusunun romanı rahat başa düşməyi üçün atılıb”.
Daha sonra kitabın naşiri Hikmet Elp söz alaraq Elxan Xanəlizadə ilə tanışlığından söz açıb. Çıxışlardan sonra müəllif oxucuları üçün kitablarını imzalayıb. [gallery columns="6" ids="10184,10179,10183,10178,10177,10182,10176,10175,10180,10181"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür