Manera.az saytının elan etdiyi müsabiqənin nəticələri açıqlanıb. “Ən yaxşı hekayə", "Ən yaxşı şeir" , "Ən yaxşı tərcümə" nominasiyaları üzrə keçirilən müsabiqənin qalibləri "Akademkitab" kitab evində, tanınmış ədəbiyyat adamlarının və media nümayəndələrinin qatıldığı ədəbi-bədii tədbirdə mükafatlandırılıb. Manera.az-dan verilən məlumata görə, müsabiyəqə qoşulan 400-ə yaxın müəllifin yaradıcılıq nümunəsi (müəlliflər bilinmədən) münsif heyyətinə təqdim olunub. Onların qərarı ilə əvvəlcə 10-luq seçilib. Daha sonra yeni münsif heyyəti 10-luqdan 3-lük seçilib. Nəticədə 3-lükdə ən çox səs qazanan müəlliflər qalib elan olunub. Qaliblərə pul mükafatı, diplom və müxtəlif hədiyyələr təqdim olunub. Müsabiqənin nəticəsini təqdim edirik: "Ən yaxşı hekayə" nominasiyası üzrə; I yerin qalibi Azər Qismət - "Hamilə dəli" hekayəsi II yerin qalibi Yaşar Bünyad - "General" hekayəsi III yerin qalibi Vüsal Oğuz - "Nisyə" hekayəsi "Ən yaxşı şeir" nominasiyası üzrə; I yerin qalibi İsmayıl Məmmədov - "Müharibə xəbərləri və ölüm" şeiri II yerin qalibi Tural Turan - "Od axşamı notları" şeiri III yerin qalibi Oğuz Ayvaz - "Tanrının uşaq üzü" şeiri "Ən yaxşı tərcümə" nominasiyası üzrə; I yerin qalibi Səidə Ruslan - Lev Tolstoy "Çar və onun oğulları" II yerin qalibi Taleh Eminoğlu - Frans Kafka "Hibrit" III yerin qalibi Jalə Əsgərova - Bruce Stirling "Ölüm"
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür