
Gənc yazar Əsəd Qaraqaplanın sayca səkkizinci “Sonralar daha çox yalnız” adlı kitabı işıq üzü görüb. Müəllif kitab haqqında bunları deyib: “Geridə qalan 30 il var. Bu kitab mənim bu yaşımın yekun kitabıdır. Kitab həm romandır, həm esselər, həm şeirlər, həm də hekayələr. Və tələbə vaxtından bu yana yazdığım bir bioqrafiya. Burda ilk qələm təcrübələrimdən tutmuş son dönəmlərə qədərki seçmə yazılar – iç mətnləri yer alıb.”
Kitab yazarın yaratdığı “Ən Özgür Ədəbiyyat” seriyasından çap olunub. İndiyə kimi bu seriyadan Əsəd Qaraqaplanın “Halroman”, “XİLASroMAN”, “Dəliliyin D-şifrəsi”, “SAVAŞroMAN”, “Zorlanmışlar” və “Sevgidən sonra qadınlar” kitabları çap olunub.
Qeyd edək ki, iyunun 7-si, saat 17:00-da Kitabevim.az Mağazalar Şəbəkəsində “Sonralar daha çox yalnız” kitabının təqdimat mərasimi keçirilək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür