
Kitabevim.az Kitab Marketində yazıçı Əsəd Qaraqaplanın “Sonralar daha çox yalnız” kitabının təqdimat məraimi keçirilib. Təqdimatda yazarın qələm dostları, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Əsəd Qaraqablan açıb. O, gələn qonaqları salamlayıb: “Geridə qalan 30 il var. Bu kitab mənim bu yaşımın yekun kitabıdır. Kitab həm romandır, həm esselər, həm şeirlər, həm də hekayələr. Və tələbə vaxtından bu yana yazdığım bir bioqrafiya. Burda ilk qələm təcrübələrimdən tutmuş son dönəmlərə qədərki seçmə yazılar – iç mətnləri yer alıb.”
Daha sonra şair Baba Vəziorğlu, rejissor Əbdül Mahmudov çıxış ediblər. İştirakçılar “Sonralar daha çox yalnız” kitabında yer alan şeirlərdən səsləndiriblər.
Sonda müəllif kitabını oxucular üçün imzalayıb.
[gallery columns="6" ids="5557,5558,5559,5560,5561,5562,5563,5564,5565,5566,5567,5568,5569"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür