senetaz

Həsən Əliyev 80 D

14 Aprel 2018 282

Ey zavallı bəşər - Məhəmməd Hadi

Ey zavallı bəşər - Məhəmməd Hadi

54   Əlinlə  təng qıldın başına bu enli dünyanı, Yaxıb yandırdın, ey bədbəxt, bu gülşənli dünyanı.   Bəşər, ciddən siyahiqbalsən ruzi-əzəldən sən, Qaranlıq eyləmişsən kəndinə rövşənli dünyanı.   Dəmirlərdən yaratdın duzəxəndam aləti-cəngi, Məzaristanə döndərdin neçin bu şənli dünyanı?   Dolu olsaydı, ey insan, künuzi-əqlü idrakın, Qanardın çox gözəl surətdə bu məxzənli dünyanı.   Sənə çox-çox yazıqlar olsun, ey xunxar olan insan, İşıqlı günlərə həsrət, səfilü xar olan insan.   Neçün guş etməyirsən, ey bəşər, fərmani-vicdanı, Nasıl ləzzətlənirsən, söylə, qan tökməkdən, ey fani?   Bu xislətlə, əmin ol, dilbəri-amalı görməzsən, Keçər ömrün qaranlıq pərtövi-iqbalı görməzsən.   Nəsibi-həsrəti-ömrün müsibətdən ibarətmi? İrindən, çirkdən, qandan, fəlakətdən ibarətmi?