ABŞ-da alim Albert Eynşteyn tərəfindən yazılan məktub 1,2 milyon dollara satılıb. 525.az xəbər verir ki, məktubu satan RR auksion evi tərəfindən verilən açıqlamada, Eynşteynin dünyanın ən məşhur bərabərliyi olan “E = mc²”düsturunu ehtiva etdiyi məktubun gözlənildiyindən 3 qat daha yüksək bir qiymətə satıldığını bildirilib. Məhşur fizikin 26 oktyabr 1946-cı il tarixində polyak əsilli amerikalı fizik Lüdvik Silberşteynə göndərdiyi məktubun xüsusi kolleksiyanın yeganə nümunəsi olduğu qeyd edilib. Qeyd edək ki, ilk dəfə 1905-ci ildə elmi bir jurnalda dərc olunan və fizikadakı kütlə-enerji ekvivalentliyini izah edən “E = mc²” bərabərliyi, müasir fizikanın əsas konsepsiyası olaraq qəbul edilir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür