Britaniyalı yazıçı Coan Roulinq “Fantastik heyvanlar və onların yaşadığı yerlər”nin kinotrilogiya olacağını təsdiqləyib. O, həmçinin “Harri Potter və lənətlənmiş uşaq” pyesinin film olacağı ilə bağlı şayiələri təkzib edib. Tvitter istifadəçilərindən biri “Harri Potter və lənətlənmiş uşaq” əsərinin ekranlaşdırılması planları barədə eşitdiyini yazıb. “Qorxuram ki, Siz düzgün eşitməmisiniz. “Lənətlənmiş uşaq”- bu pyesdir. Ancaq “Fantastik heyvanlar” 3 filmdən ibarət olacaq!”- deyə Roulinq cavab verib. The İndependent-in məlumatına görə, Warner Brothers studiyasının rəhbəri Kevin Sudzixar bundan öncə “Fantastik heyvanlar”ın ən azı trilogiya olacağı ilə bağlı planlarından danışmışdı. "Fantastik heyvanlar və onların yaşadığı yerlər" filmi aktyor Eddi Redmeynin canlandırdığı Nyut Skamander adlı sehrbazdan bəhs edəcək. Süjetə görə, Skamander yerli sehrbazlarla tanış olmaq üçün Nyu-Yorka gedir. Filmin ssenarisini Coan Roulinq 2001-ci ildə çıxan kitabı əsasında yazıb, filmin rejissoru isə Devid Yetsdir. Filmin bu il noyabrın 18-dən prokata buraxılacağı planlaşdırılır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür