11 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondu, Azərbaycan Universiteti və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə
31dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan 7-ci “Fənlərin Dostluğu Olimpiadası”nın birinci mərhələsi baş tutmuşdur. Respublikamızda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında keçirilən Olimpiadanın bu ilki buraxılışında ölkənin müxtəlif bölgələrindən iki mindən artıq şagird iştirak etmişdir. Bakı, Sumqayıt və Şəmkir şəhərlərindəki imtahan mərkəzlərində təşkil olunan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sual cavablandırmışlar. Olimpiadada suallar fənnlərin bir-birinə inteqrasiyası şəklində təqdim olunur. Bu Olimpiadada xüsusi istedadlı şagirdlər daha çox uğur qazanırlar.
2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən Olimpiadanın bu ilki buraxılışının dəstəkçiləri Medika Hospital, Nizami Kino Mərkəzi, Altun Kitab, Yes Travel, Kitabevim.az kitab mağazaları şəbəkəsidir. ATV, trend.az, Ustad dərgisi, senet.az portalı Olimpiadanın informasiya tərəfdaşlarıdır. 24 dekabr 2016-cı il tarixində “Fənlərin Dostluğu Olimpiadası” qaliblərinin mükafatlandırma mərasimi baş tutacaqdır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür