senetaz

Həsən Əliyev 80 D

18 Avqust 2021 233

“Fərhad – portret cizgiləri” sənədli filmi bərpa olunub

“Fərhad – portret cizgiləri” sənədli filmi bərpa olunub

hg   Azərbaycan Dövlət Film Fondunda “Fərhad – portret cizgiləri” adlı sənədli film yenidən bərpa olunub. Bu barədə AZƏRTAC-a Dövlət Film Fondundan bildirilib. SSRİ Xalq artisti, professor, görkəmli musiqi xadimi Fərhad Bədəlbəylinin yaradıcılığına həsr edilmiş film 1987-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin rejissoru Cəmil Fərəcov, operatoru Sərdar Vəliyev, ssenari müəllifi Arif Əliyevdir.