senetaz

Həsən Əliyev 80 D

15 İyul 2025 2382

“Foto Kadr 2024” mükafatlandırma mərasimi keçirilib

“Foto Kadr 2024” mükafatlandırma mərasimi keçirilib

Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə ənənəvi “Foto Kadr 2024” mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə İB-nin İdarə Heyətinin sədri Rəşad Mehdiyev əsas məqsədin ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsilə tanıtmaq olduğunu bildirib.

Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün İB tərəfindən hər il müxtəlif layihələr, fotomüsabiqələr, fotosərgilər, ustad dərsləri təşkil edilir.

Diqqətə çatdırılıb ki, 2024-cü ildə fotoqraflarımız Azərbaycanın adına 107 beynəlxalq mükafat qazandırıblar və hazırda ölkəmizdə 10-dan artıq beynəlxalq statusa malik fotoqraflarımız var.

Sonra Gilavar Foto Klubu tərəfindən təşkil edilən, eləcə də digər beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqraflara medallar, xüsusi lentlər və diplomlar, Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarını qazanan həmyerlilərimizə isə sertifikatlar və döş nişanları təqdim olunub. Mükafat alanlar arasında peşəkar fotoqraflar Dilavər Nəcəfov, Kərim Abbasov, İlqar Cəfərov, Roman İsmayılov, Nurlan Tahirli, Valeriy Xlızov, Nadejda Cavadova, Famil Mahmudbəyli, Aleksandr Firstov, Zaur Mustafayev və Naib Əhmədov var.

Bundan əlavə, Azərbaycan foto sənətinə göstərdiyi informasiya dəstəyinə görə Demokrat.az və Baku.news xəbər saytları Gilavar Foto Klubu tərəfindən plaketlə təltif edilib.