Dünya Fotoqrafiya Təşkilatı tərəfindən hər il “Sony” dünya fotoqrafiya mükafatları” təşkil edilir. AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi bu dəfə də peşəkar və həvəskar fotoqraflar arasında 4 fərqli müsabiqə (Peşəkarlar müsabiqəsi, Açıq müsabiqə, Gənclər müsabiqəsi və Tələbə müsabiqəsi) elan olunub. Peşəkarlar müsabiqəsinə 18 yaşdan yuxarı namizədlər müraciət edə bilər. Namizədlər hər kateqoriya üzrə 5-10 fotodan ibarət seriya təqdim etməlidirlər. Müsabiqə memarlıq və dizayn, yaradıcılıq, sənədli layihələr, ətraf mühit, landşaft, portret, portfolio, vəhşi təbiət və təbiət, natürmort və idman kateqoriyaları üzrə keçirilir. İlin fotoqrafı 25.000 ABŞ dolları və “Sony” rəqəmsal kamera avadanlığı qazanacaq. Açıq müsabiqə hər kəs üçün açıqdır. Müsabiqə memarlıq, yaradıcılıq, hərəkət, mənzərə, həyat tərzi, təbiət dünyası və vəhşi təbiət, portret, obyekt, küçə fotoqrafiyası və səyahət kateqoriyaları üzrə keçirilir. Əsas qalib 5 min ABŞ dolları və “Sony” rəqəmsal kamera avadanlığı əldə edəcək. Gənclər müsabiqəsində hər bir fotoqraf 2021-ci ilin iyunundan dekabradək hər ay üzrə müəyyən edilmiş mövzulara cavab verən üçə qədər şəkil təqdim edə bilər. Münsiflər heyəti əsas qalib də daxil olmaqla hər ay 10 fotonu seçəcək. İlin gənc fotoqrafı “Sony” rəqəmsal kamera avadanlığı əldə edəcək. Tələbə müsabiqəsinə Dünya Fotoqrafiya Təşkilatı tərəfindən seçilmiş universitetlərin tələbələri müraciət edə bilərlər. Universitetlərin siyahısı ilə buradan https://users.worldphoto.org/participating-institutions tanış ola bilərsiniz. Tələbələr 5-10 foto ilə müraciət edərkən çəkdikləri fotolar barədə qısa məlumat da əlavə etməlidir. Əsas qalib “Sony” rəqəmsal kamera avadanlığı əldə edəcək. Qeydiyyatdan keçmək və daha ətraflı məlumat almaq üçün https://www.worldphoto.org/sony-world-photography-awards linkindən istifadə edin.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür