İyulun 22-də Milli İncəsənət Muzeyində “Belle Epoque” - möhtəşəm dövrün möcüzəvi dünyasını əks etdirən “Fransız tətilləri” proqramının premyerası keçiriləcək.
Muzeydən Senet.az-a bildirilib ki, proqramın təqdimatına gələn valideyn və övladları muzeydə fransız incəsənətinin ən gözəl nümunələri, kral ailələrinə məxsus məişət əşyaları, əsərləri dünya muzeylərini bəzəyən sənətkarların yaradıcılığı ilə tanış olacaqlar. Onlar yelpiyin məşhur dilini öyrənəcək, hətta bir-biri ilə bu dildə ünsiyyət quracaqlar. Artıq əksəriyyət tərəfindən sevilən bərpaçı-rəssam Samir Talıbov ziyarətçilər üçün fransız rəssamlarının eskizi əsasında silsilə ustad dərsləri keçəcək. Tamaşaçıların iştirakı ilə Parisin rəmzləri yaradılacaq, tematik kölgə teatr tamaşası nümayiş etdiriləcək. Böyüklər üçün isə “Toğrul Nərimanbəyov - Paris xatirələri” adlı mühazirə təqdim olunacaq. Mühazirədə görkəmli azərbaycanlı rəssamın həyat və yaradıcılığından söz açılacaq.
“Fransız tətilləri” proqramının premyerasında iştirak etmək üçün öncədən qeydiyyatdan keçmək lazımdır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür