Monakoda rəssam Frensis Bekonun son şəkli ilk dəfə nümayiş etdiriləcək. Söhbət öküzlə etüddən gedir. Parça 1991-ci ildə tamamlanıb. Lakin o, on illər sonra tapılıb. Bekon özü isə 1992-ci ilin aprelində dünyasını dəyişib.
Bu əsər Bekonun məşhur olmayan yüzdən çox əsərindən biridir. Ekspertlərin fikrincə, Bekon bu etüdün onun son işi olacağını bilirmiş.
Sənətşünas Martin Harrison bu əsəri yalnız öz dostlarına və qohumlarına nümayiş etdirən fərdi sahibkardan tapıb. O, onları etüdü Monakodakı “Qrimaldi forumu”na “Frensis Bekon, Monako və fransız mədəniyyəti” adı altında keçirilən müvəqqəti sərgi üçün təqdim etməyə razı sala bilib. Sərgi bu il iyulun 2-dən sentybarın 4-dək keçiriləcək.
Bundan öncə isə ingilis rəssamı Frensis Bekonun avtoportretinin Londonda Sotheby`s hərracında 20 milyon dollara satıldığı barədə məlumat yayılmışdı.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür