
İyunun 21-i Azərbaycan Dillər Universitetində Azərbaycan Dillər Universiteti, Hədəf Liseyi – STARS Campus-u, Doğu Akdeniz Universiteti, EDUHEK (Education Technology and Consulting) və ELTA (English Language Teaching Assessment) təşkilatlarının birgə təşkilatçılığı, Hi Languages, e-School və Nəsibə Aydın Yıldızlar Məktəbinin tərəfdaşlığı ilə “Future of Learning” forumu keçirilib.
Təhsil sahəsində baş verən qlobal dəyişikliklər fonunda təşkil olunan bu tədbirə 350-dən çox iştirakçı qatılıb.
Tədbir müasir təhsil yeniliklərinin təqdimatı və beynəlxalq təcrübələrin paylaşılması baxımından əhəmiyyətli platforma rolunu oynayıb.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Himnin musiqisini Hədəf Liseyinin balabilgəsi İnci Sadıqzadə ifa edib. Açılış mərasimində Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadıq, Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova və EDUCO Qrupun rəhbəri Ercüment Özayan çıxış ediblər.
Əsas məqsədi iştirakçıları təhsildəki son innovasiyalar, xarici dilin tədrisində tətbiq olunan qabaqcıl metodlar və beynəlxalq proqramlarla bağlı məlumatlandırmaq, eyni zamanda müəllimlərin peşəkar inkişafına dəstək vermək olan forumdan ikidilli tədris yanaşmaları, beynəlxalq imtahanların təşkili və beynəlxalq təhsil standartlarına uyğun metodların tətbiqi mövzularında geniş təcrübə mübadiləsi aparılıb.
Forumun əsas hədəf auditoriyası ingilis dilində dərs deyən müəllimlər olsa da, tədbirdə digər fənn müəllimləri, məktəb rəhbərləri və təhsil sahəsində çalışan mütəxəssislər də fəal iştirak etdilər.
Forum çərçivəsində çıxış edən spikerlər arasında təhsil mütəxəssisi və BMT-nin Qlobal Məktəblər Proqramı üzrə mentor Burcu Önder Gürpınar, Avropa Azərbaycan Məktəbinin icraçı direktoru, Caucasus & Central Asia IB Assosiasiyasının sədri Françesko Bançini, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin icraçı direktoru Tural Abbasov, Doğu Akdeniz Universitetinin professoru Cavanşir Şibliyev, Hədəf Stars Campus-un icraçı direktoru və təhsil texnologiyaları üzrə mütəxəssis Şəmsəddin Beşer, Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Elnarə Tağıyeva, Azərbaycan Dillər Universitetinin baş müəllimi və beynəlxalq sertifikatlı təlimçi Aynur Əsgərzadə, eləcə də IB təhsili üzrə təlimçi, PYP üzrə mütəxəssis və mentor Ebru Hezen yer alıblar.
Forum zamanı “İngilis dilinin tədrisində ikidilli təhsilin sehrli gücü”, “Rethink, Reform, Revolutionise”, “Cambridge Global Perspectives” kurikulumu çərçivəsində mədəniyyətlərarası bacarıqlar”, “Təhsildə süni intellekt”, “Süni intellektin xarici dil öyrənməyə təsiri”, “Beynəlxalq imtahanlar”, “Active Participation as a Catalyst for Effective English Language Acquisition” və “Dünyaya açılan siniflər: IB və beynəlxalq şüur” kimi aktual mövzularda təqdimatlar dinlənilib.
Qeyd edək ki, təlim və təqdimatlar ingilis dilində aparılıb.
Forum çərçivəsində spikerlər və iştirakçıların adından Qarabağ Universitetinin kitabxanasına kitab ianə ediləcəyi elan olunub. Bu təşəbbüsə verdikləri töhfəyə görə spikerlərə təşəkkürnamələr və hədiyyələr təqdim edilib.
Forum iştirakçılarına “Hədəf Nəşrləri” və “Sinkod” tərəfindən ingilis dilinin tədrisinə dair praktik vəsaitlər, metodik materiallar və dərsliklər hədiyyə olunub. Bununla yanaşı, Naxçıvan Universiteti və Qarabağ Universitetinin müəllimləri, həmçinin Qazaxıstan və Qırğızıstandan onlayn formada qoşulan pedaqoji heyətin peşəkar inkişafını dəstəkləmək məqsədilə forumun onlayn iştirak imkanı verilib. Bu təşəbbüs təhsildə regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 95 il ötür
Fransa Müasir İncəsənət Ensiklopediyasına düşən yeganə azərbaycanlı - Cavid Qədir yazır
Xalq rəssamı Tahir Salahovun anım günüdür
Xalq rəssamı Rafiz İsmayılov vəfat edib
Onun əsərləri vətənə məhəbbət duyğusu təlqin edir
Xocalı faciəsinin təsviri sənətdə ifadəsi
Azərbaycanın ilk ali təhsilli rəssamı - Bəhruz Kəngərli
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq