senetaz

Həsən Əliyev 80 D

14 Fevral 2015 298

Gedənlərə, unudanlara və pişiyimizə...YENİ ŞEİR

Gedənlərə, unudanlara və pişiyimizə...YENİ ŞEİR

pishikCəlil Cavanşirdən yeni şeir

Sən gedəli,

gözlərimin nəmini Nə istilər, nə küləklər qurutmur. Nə çətinmiş sənsizliyi yaşamaq Ağlayanda bu bədheybət “uşağı” Heç kəs, heç kəs sənin kimi ovutmur...

Sən gedəli Bayramları əlim boş. Uzanıram yatağıma. Gülürəm... Ya xəstəhal, ya ağrılı, ya sərxoş Yaşadığın o küçədən tək keçib Pəncərənə baxıb, baxıb gülürəm...

Sən gedəli Günlərimin düzümü. Qarışıb eee, bir-birinə qarışıb. Sən gedəli hey söyürəm özümü. Yəqin kimsə eşidibsə, -danışıb...

Sən gedəli Bir az sərsəm kimiyəm. Şirin gəlmir daha sabah yuxusu. Hərdən yemək bişirəndə, yatıram. Ayılanda diksinirəm. İlahi, Hardan gəlir yanıq yemək qoxusu?

Sən gedəli, Hər şey bir az başqadı Sabahlar da darıxmaqdı, gecələr də darıxmaq Sən getdiyin uzaqlardan küsmüşəm Nə çətinmiş uzaqlardan qayıtmaq...

...Noolar, dön gəl, vallah olmur unutmaq....