Noyabrın 3-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Ülkər Zeynalovanın “Ülkərin könül dünyası” adlı fərdi rəsm sərgisi açılacaq. Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutacaq sərgidə gənc fırça ustasının 200-dək əsəri nümayiş olunacaq. Sərgiyə təqdim olunan sənət əsərlərində Azərbaycan təbiəti, adət-ənənələrə bağlılıq, mənzərə, güllər, ilin fəsilləri, müxtəlif fəlsəfi yanaşma və emosional hisslərin rənglərlə ifadəsi öz əksini tapıb. Həmçinin sərgidə rəngkarlıq, yağlı boya, akvarel, qrafika və tətbiqi incəsənətə aid olan müxtəlif mövzulu portretlər nümayiş olunacaq. Sərgi noyabrın 9-dək davam edəcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür