senetaz

Həsən Əliyev 80 D

03 İyul 2018 244

Gənc rəssamların birgə sərgisi

Gənc rəssamların birgə sərgisi

1530311653415449625_1000x669 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Retro Holdinqin dəstəyi ilə iyulun 7-də Xətai Sənət Mərkəzində “Təcəssüm (Kaat’ı sənəti və rəssamlıq)” çərçivəsində İnci Aksu, Nicat Muxtarlı və Aysel Günəşin fərdi sərgisi keçiriləcək. Nazirlikdən Senet.az-a bildirilib ki, bu türk və azərbaycanlı rəssamların birgə sərgisidir. İnci Aksunun 2011-2017-ci illər ərzində 5 dəfə fərdi sərgisi olub və o, əsərlərini Bakıda ilk dəfə nümayiş etdirəcək. Nicat Muxtarlının Bakıda və İzmirdə bir çox sərgiləri keçirilib. Aysel Günəş musiqi təhsili alsa da, 2016-cı ildən daha çox rəssamlıqla məşğul olur. Sərgiyə giriş sərbəstdir.