Mayın 5-də Azərbaycan Yazıçılar Birliyi və Ədəbi Gənclər Birliyinin təşkilatçılığı ilə şair Mikayıl Müşfiqin anım günü keçirilib. Mərasimdə respublikanın tanınmış qələm sahibləri, ictimaiyyət nümayəndələri, musiqiçilər və başqaları iştirak ediblər.
Senet.az xəbər verir ki, əvvəlcə M.Müşfiqin həyat və yaradıcılığı barədə məlumat verilib, qonaqlar Müşfiq poeziyasının məziyyətlərindən, ona olan ümumxalq məhəbbətdən danışıblar.
Sonra tədbir iştirakçıları Xəzərin sahilinə gələrək, dənizə tər qərənfillər səpiblər. Xatirəsi ürəklərdə olan şairin məzarı bilinmədiyi üçün hər il olduğu kimi bu il də onun rəmzi məzarı olan Xəzər, təlatümlü illərin acı xatirəsini ürəyində saxlayırmış kimi sakit-sakit dalğalanırdı.
M.Müşfiqin xatirəsi isə əbədi ürəklərdə yuva qurub, sonsuzadək yaşayacaq!
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür