
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Yunanıstanda keçiriləcək gənclər festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən Senet.az saytına verilən məlumata görə, “Dionda Olimpiya” festivalı dram, musiqi və atletika üzrə təşkil olunacaq.
Festivalda Azərbaycanı Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında əməkdar artist Nicat Kazımovun hazırladığı “Xeyir və Şər” tamaşası ilə təmsil ediləcək.
Yunanıstana səfər edəcək yaradıcı heyətə teatrın quruluşçu rejissoru, əməkdar artist Nicat Kazımov, aktyorlar Zümrüd Quliyeva, Səbinə Məmmədova, Bəhram Həsənov və işıq üzrə rəssam Vadim Kuskov daxildir. Səfər sentyabrın 19-dan 23-dək baş tutacaq.
Festivalda ölkəmizin iştirakı Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür