Dilqəm Əhməd Senet.az-a açıqlamasında sərgiyə marağın az olduğundan şikayətlənib: “Dünənki tədbirdə üç may türkçülük günü ilə bağlı oxuculara məlumat verildi. 1944-cü ildə Türkiyədə türkçülərlə kommunistlər arasındakı qarşıdurmanın tarixindən danışdım. Sərgidə “Azərnəşr”in 1922-1938-ci illərdə latın qrafikası ilə çap etdiyi kitabları, eləcə də, mühacirlərimizin Türkiyədə yayımladıqları kitablar sərgiləndi. Həmçinin Azərbaycan Cümhuriyyətinə aid ilk dəfə gün işığına çıxan fotolar göstərdim. Təəssüf ki, oxucular, vətəndaşlar böyük maraq göstərmədi. Necə deyərlər, xəyal qırıqlığına uğradım. Görünür ki, belə şeylərə maraq göstərənlər azdır”.
Qeyd edək ki, sərgi ilə yanaşı eyni vaxtda Dilqəm Əhmədin imza günü də keçirilib.