Fiziki və əqli cəhətdən əlilliyi olan, həmçinin Autizm və Daun sindorumlu uşaqlar üçün yeni layihəyə start verilib.
Bu barədə Senet.az-a açıqlamasında layihənin rəhbəri Gülşad Quliyeva məlumat verib. O, yeni layihəyə əsasən uşaqlar üçün kiçik səhnəciklər düzəltmək istədiklərini bildirib: “Fiziki və əqli əlilliyi olan, Autizm və Daun sindromundan əziyyət çəkən uşaqlar üçün 15-20 dəqiqəlik səhnəciklər hazırlayacayıq. Bunun üçün də Kloun Teatrı yaradırıq. Komandamızda Şahlar Ruhi, Elçin Aslangil, Ülviyyə Tahir, Araz Bagi Türkmən yer alır. Bununla yanaşı qrim ustaları, səhnə dekorçuları və modelyerlər də bizə köməklik göstərəcəklər.
Hazırda ssenarilər üzərində işlənilir”. Qeyd edək ki, Gülşad Quliyeva onlarla işləmək istəyən aktyorları əməkdaşlığa dəvət edib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür