
Gəncə Dövlət Universitetində tanınmış şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri universitetin prorektoru Gülsüm Fətəliyeva açıb və belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Sonra şair haqqında kiçik bir film nümayiş olunub.
Milli Məclisin deputatı, universitetin prorektoru Pərvin Kərimzadə Qəşəm Nəcəfzadə şeirlərinin bədii xüsusiyyətlərini qeyd edib.
Tədbirdə tanınmış yazıçı Qərib Mehdi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə filialının sədri Xəzəngül Hüseynova, şairlərdən Saleh Qurbanov, Sahib İbrahimli, Zülfiyyə Yaqub, Aybəniz Kürəkçaylı, Nüşabə Əsəd Məmmədli, İlham İnam şairin tələbəlik illərindən, yaradıcılığının bəzi məqamlarıdan söz açıblar.
Sonra Qəşəm Nəcəfzadə yeni şeirlərini oxuyub, tələbələrin sualları cavablandırıb, yeni kitablarını imzalayıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür