
Yerli teatrlarımızın mövsümlərarası fasilələrdən, necə deyərlər, səmərəli şəkildə yararlanması ənənə şəklini alır. Son vaxtlar bu baxımdan, Gəncənin səhnə ustalarının xarici səfər coğrafiyası daha genişdir.
Senet.az 525.az-a istinadla xəbər verir ki, bu günlərdə Gəncə Dövlət Milli Dram Teatrının kollektivi Avrasiya Teatrlar Blirliyinin, Portuqaliya Mədəniyyət Nazirliyinin, həmin ölkənin Braqa şəhərinin bələdiyyəsinin və teatr cəmiyyətinin birgə keçirdiyi Üçüncü Beynəlxalq Teatr Festivalında müvəffəqiyyətlə çıxış edib.
İştirakçı 8 ölkə içərisində Azərbaycanı Gəncə Dövlət Milli Dram Teatrının yaradıcı kollektivi rejissor Tural Vaqifoğlunun quruluşnda Rumın-Fransız dramaturqu Ejen İoneskonun “Kral ölür” tamaşası ilə təmsil edib və bu mötəbər festivalın mükafatlarına sahib olub.
Bu haqda Gəncə Dövlət Milli Dram Teatrının ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev məlumat verib.
“Teatrımız Portuqaliyadakı bu incəsənət bayramında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə iştirak edib. Gəncə teatrı bu festivalın baş mükafatı olan “Qran-pri”yə sahib olmaqla yanaşı, “Ən yaxşı tamaşa geyimi” nominasiyasında da qalib olub”, - deyə A.Bürcəliyev bildirib.
Uğur qazanmış tamaşada əməkdar artistlər - Elxan Yunis, İlham Hüseynov, Sevda Orucova və Kəmalə Məmmədova, aktyorlar - Güntəkin Mehdiyeva və Ruslan Hüseynov iştirak ediblər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür