Fevralın 2-də 6-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2 Fevral - Gənclər Gününə həsr edilmiş “Gəncliyin səsi” incəsənət festivalı keçiriləcək.
Nazirlikdən Senet.az-a bildirib ki, festival çərçivəsində gənc Prezident təqaüdçülərinin konserti, gənc rəssamların sərgisi, gənc yazarlarla görüş, gənc rejissorların filmlərinin nümayişi, Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin təqdimatında Əli Əmirlinin “7 məhbusə” tamaşasının premyerası, Sumqayıt “ASAN xidmət” mərkəzinin könüllülərinin həvəskar tamaşasının premyerası, Sabirabad və ətraf rayon gənclərinin və ASAN könüllülərinin iştirakı ilə konsert və Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin konsertinin keçirilməsi nəzərdə tutulur.
Festivalın tədbirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli Kitabxana, Sumqayıt Dövlət Dram Teatrı, Masallı rayon “ASAN həyat” kompleksi, Sabirabad rayon mədəniyyət mərkəzində təşkil ediləcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür