
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan Xalq Cümhuriyyətinin qurucu liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş virtual kitab sərgisini istifadəçilərə təqdim edib.
Senet.az AZƏRTAC-a istinadla xəbər verir ki, virtual kitab sərgisində Şərqdə ilk demokratik respublikanın qurulmasında danılmaz xidmətləri olan Rəsulzadənin ədəbi yaradıcılıq nümunələri haqqında geniş məlumat verilib.
Sərgidə M.Ə.Rəsulzadənin müəllifi olduğu və haqqında qələmə alınan "Azərbaycan müstəqillik üçün mübarizə yolunda" "Azərbaycan şairi Nizami", "Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında", "Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri", "Bir kərə yüksələn bayraq, bir daha enməz!", "Əsrimizin Siyavuşu", "İran yazıları", "Son nəfəsədək Azərbaycan", "Bakı və Azərbaycan tarixinə dair əsərlər", "Rəsulzadə xatirələri" kimi 30-a yaxın kitabın qısa annotasiyası təqdim olunub. Materialda Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan, hürriyyət və istiqlal haqqında söylədiyi fikirlər, səs yazıları da yer alıb.
Virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür