Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb.
Senet.az AZƏRTAC-a istinadla xəbər verir ki, virtual sərgidə müəlliflər Ayşən Sadıqlının "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan dili" Nizami Cəfərovun "Ümumi dilçilik", Əlistan Əkbərovun "Müasir Azərbaycan dilinin üslubiyyatı", Rəna Mahmudovanın "Azərbaycan dilinin lüğətçilik tarixi", Buludxan Xəlilovun "Dil mədəniyyəti", Qəzənfər Kazımovun "Azərbaycan dilinin tarixi sintaksisi", Nizami Xudiyevin "Qədim türk yazılı abidələrinin dili" kimi 30-a qədər kitabın qısa annotasiyası, dövrü mətbuat nümunələri təqdim edilir.
Bununla yanaşı, kitabxanada "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" adlı ənənəvi sərgi təşkil edilib. Sərgidə mövzu ilə əlaqədar kitablar və kitabxana əməkdaşları tərəfindən hazırlanmış "1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" adlı biblioqrafik siyahı sərgilənməkdədir.
1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub