senetaz

Həsən Əliyev 80 D

28 Yanvar 2015 294

"Gözlərini mənə dikib..."

"Gözlərini mənə dikib..."

 Senet.az Təranə Muradovanın şeirlərini təqdim edir.   20150128_162940Mən səni gözlədim   Mən səni gözlədim göy qaranlıqkən. Gecikən səhəri səsləmək üçün Dünənli, bugünlü ömür yolunda Sabaha arzular bəsləmək üçün * * * Mən səni gözlədim şaxtalı gündə, Soyuqdan borandan qızınmaq üçün Şıltaq ürəyimin əyləncəsiylə Yalnız, yalnız sənə nazlanmaq üçün * * * Mən səni gözlədim....ən şad günündə Sevinclə ömrünü bəzəmək üçün Gecənin tünd-qara örpəyi altda Qoşa ulduzlar tək közərmək üçün * * * Mən səni gözlədim....ən şətin anda, Ruhuma güc verib oyatmaq üçün Ağırlı günümdə, dərdli günümdə Kədəri qəlbimdən qopartmaq üçün * * * Mən səni gözlədim.....qarlı, yağışlı, Günəşli günümdə nəğmə deməkçün Bütün ömrüm boyu qoşa yeriyib, Qoşa sevinməkçün, qəm yeməkçün. 16.2.2002.   Darıxıram...   Ürəyimin hər telində bir əfsun var. Hər kövrək söz məni duyar, ovsunlar. Haray kəçib ağlayıram, qovsunlar Kədərimi ürəyimdən.....Darıxıram. * * * Öz baxışım öz qəlbimin yüküdür, Öz sözlərim öz könlümü hürküdür. Gah soyuqdur, gah istidir, bürküdür, Havam çatmır, deyinirəm, darıxıram * * * Nə biləydim, könlüm belə boş olarmış Hərdən dolub, hərdən ki, boşalarmış Öz xəyalım öz dünyama suç olarmış Uranıram öz-özümdən, darıxıram.... * * * Dəniz olmaq istəyirəm, Coşqun dəniz Aşıb-daşım ömrü boyu sənli-sənsiz Məni sevən, məni duyan o gözlərsiz Darıxıram, Darıxıram. Darıxıram! 7.3.2002   O gözlərdə   Bu gün yenə gəldin, gülüm. Gözlərini mənə dikib,  gözlərinlə danışırdın, Elə bil ki, dilin yoxmuş, Ürəyində donub qalan sözlərində danışırdın. * * * O gözlərdə nələr yoxdu......? Vardı, gülüm, min bir sual, Vardı, gülüm, min bir sorğu.... O gözlərdə qəzəb yoxdu, O gözlərdə bir azacıq kədər vardı, bir də qorxu * * * Elə bil ki, dünya durmuş, Durmuşuq biz, dayanmışıq bir heykəl tək sən də, mən də Təkcə qəlblər donmayıbdır, bir də gözlər.... Danışanlar bir xəyal tək səndə, məndə.... 6.10.2001