Yazıçı-esseist, tərcüməçi Günel Eyvazlının “İşıq” adlı yeni kitabı “Elm və təhsil” Nəşriyyatında – “Ədəbiyyat qəzeti” yayınları silsiləsindən işıq üzü görüb.
Senet.az xəbər verir ki, 464 səhifədən ibarət kitabda müəllifin son illərdə qələmə aldığı, “Ədəbiyyat qəzeti”ndə çap olunmuş esse, hekayə, şeir və bədii-publisistik yazıları daxil edilib.
“İşıq”ı oxuduqca müəllifin mövzulara fərqli rakursdan baxış bucağını, düşüncə genişliyini, fəlsəfi, sürreal, okkultiv, intellektual izah manevrlərini görmək mümkündür.
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, ön söz müəllifi filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimovadır.
Qeyd edək ki, "İşıq" müəllifin sayca üçüncü kitabıdır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür