Görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hacı Qara” adlı ikihissəli komediyası əsasında yeni tamaşa hazırlanır. Belə ki, meydan tamaşası olan səhnə əsəri yeni təqdimatda nümayiş olunacaq.
Bu sözləri Senet.az-a açıqlamasında tamaşanın rejissoru, Əməkdar Artist Loğman Kərimov deyib.
“M.F.Axundzadənin əsərləri bütün dövrlərdə müasirdir. Komediyada qabardılan problemlər bu gün də aktuallığını qoruyur. Böyük klassikimizin bu ölməz əsərini əsasən gənclərin ifasında və tam yeni bir formatda təqdim edəcəyik. Meydan üslubunda hazırladığımız “Hacı Qara” bir çox yeniliklərlə zəngindir. Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində təqdim olunacaq tamaşada sənət ocağının yeddi aktyoru iştirak edəcək. Premyeranın mayın ikinci ongünlüyündə baş tutması planlaşdırılır”, - deyə L.Kərimov deyib.
Qeyd edək ki, musiqi tərtibatçısı Ülvi Cəfərov olan səhnə əsərinin xronometrajı 1 saat 50 dəqiqədir.
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 95 il ötür
Fransa Müasir İncəsənət Ensiklopediyasına düşən yeganə azərbaycanlı - Cavid Qədir yazır
Xalq rəssamı Tahir Salahovun anım günüdür
Xalq rəssamı Rafiz İsmayılov vəfat edib