2018-ci ildən yaradılan Hədəf STEAM Liseyi ölkədə STEAM təhsili verən ilk liseydir. Liseyin hədəfi ölkə və dünyanın inkişafı üçün yaradıcılığı, elmi, mühəndisliyi, texnologiya və riyaziyyatı qarşılıqlı vəhdət halında mənimsəmiş, bilgi çağı olan XXI əsrin yeni nəsil alim və mühəndislərini yetişdirməkdir.
Hədəf STEAM Liseyi Azərbaycanda ilk liseydir ki, STEAM təmayüllü fəaliyyətə başlayıb. 2021-ci ilin iyun ayından etibarən Hədəf STEAM Liseyi International Cambridge School - Beynəlxalq Kembric Məktəbidir.
HƏDƏFİN ƏSAS MİSSİYASI
Azərbaycanın təhsil sisteminə yaxından bələd olan filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq tərəfindən təsis edilən bu milli təhsil ocağının hədəfi - hər bir şagirdin əvvəlcədən hansı ixtisasa yiyələnəcəyinə qərar vermək deyil, təlim, praktika, özfəaliyyət, həmçinin diskussiya mühitinin şagirdlərin xüsusi istedadlarını ortaya çıxarmasına nail olmaq və onların düzgün istiqamət seçmələrinə dəstək verməkdir. Şəmil Sadiq hesab edir ki, məhz bu halda gələcəyin işini sevən həkimini, alimini, texnoloqunu, dizaynerini, proqramçısını və mühəndisini yetişdirmək mümkündür.
100-dən çox elmi məqalənin, 30-dan çox kitabın, 33 elmi-metodik, 5 bədii kitabın müəllifi olan Şəmil Sadiq daim Azərbaycan təhsilinin inkişafı, tərəqqisi, dünya təhsil sisteminə inteqrasiyası üçün bir-birindən maraqlı ideyalarla, uğurlu layihələrə imza atır. Şəmil Sadiq "Hüseyn Cavid yaradıcılığında sənətkarlıq məsələləri", "Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyasi" adlı monoqrafiyalarının, orta məktəb şagirdləri üçün "Azərbaycan dili", "Ədəbiyyat", xaricdə yaşayan azərbaycanlılar və xarici vətəndaşlar üçün "Azərbaycan dilini öyrənirəm" dərs vəsaitlərinin müəllifi, uşaqlar üçün "Dədə Qorqud" və "Azərbaycanımızı tanıyaq" adlı layihələrin ideya müəllifi və redaktoru, Xocalı faciəsinə həsr edilən "Ümidlərin izilə" tarixi romanının həmmüəllifidir.
Hədəf STEAM Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir. Balabilgələr üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması ilə birlikdə lisey öz təhsil proqramında Prezident İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq STEAM konseptini əsas götürür.
HƏDƏFİN MİLLİ TƏHSİL KONSEPTİ
Şəmil Sadiq deyir ki, bütün təhsil sistemlərində, proqramlarında bir konseptə söykənilir. Hədəf liseyinin də milli təhsil konsepti mövcuddur: "Fikrimcə, bu gün bizim təhsil üçün ana xətt olaraq 5 prinsip əsas götürülməlidir. Bunun üçün də öz milli təhsil konseptimiz olan Hədəf Konseptini təklif edirəm. Niyə Hədəf? Çünki sonu bilinməyən yola heç kim girmək istəməz, biz insan olaraq etdiklərimizin nəticəsini görmək istəyi ilə kodlaşdırılmışıq. Əgər bu duyğunu itirsək, o zaman hara getdiyini bilməyən şüursuz heyvana bənzəyərik. Bizə yaddaş ona görə verilib ki, keçmişi unutmadan sabaha addımlayaq. "Hədəfsiz gəmilər okeanda batar", - deyirlər. Bir millətin də, dövlətin də hədəfi olmalı, ona doğru yürüməlidir. Biz milli təhsil strategiyasında yaxın hədəflər qoyub irəliləsək, hər hədəfə çatdıqca bir az stimul alarıq. Əlçatmaz hədəflər o qədər uğurlu olmur, çünki ola bilsin, ona çatmadın və bütün ruhun sarsıldı. Buna görə də kiçik, yaxında olan, amma böyük hədəfə gedən bir amal olmalıdır. Bu konseptin əsas məqsədi milli dəyərlərə söykənərək çağdaş təfəkkürlü və dövrün tələblərinə cavab verən çevik zəkalı insanlar yetişdirməkdir. Hədəf Konsepti çağdaş insanın formalaşmasını beş əsas prinsiplə həyata keçirməyi təklif edir. Özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq, bilik. İnsanın özünüdərk prosesi dəyərlərə sevgisindən başlayır. Hədəf konseptinə görə, özünü dərk edən insan vicdanlı, ədalətli, humanist, hüquqlarını bilən, çalışqan və daima özünü təkmilləşdirən insandır. Sağlam bədən, sağlam xarakter, sağlam düşüncə, sağlam nəsil və sağlam mühit, millətin və dövlətin, eləcə də bəşəriyyətin inkişafı üçün vacib amillərdən olduğuna görə biz təhsilimizdə bu faktorlara xüsusi diqqət yetirir, "Sağlam təhsil, sağlam millət" şüarını əsas tuturuq. Özünü dərk etmiş sağlam insan bacarıqlı olduqda onun əlavə dəyər yaratma imkanları daha da artır. Yaratdığı əlavə dəyərlərlə özünə və insan yoldaşlarına keyfiyyətli həyat təmin edir. Özünü dərk etmiş, sağlam, bacarıqlı və yaradıcı insan, obyektiv dünyada fəaliyyətini düzgün qurmaq üçün elmi biliklərə ehtiyac duyur. Bilik araşdırmadan, araşdırma maraqdan yaranır. Bilikli insan biliyini araşdırarkən, sorğularkən, fərqindəliyini artırarkən qazanır, onu problemlərin həllinə tətbiq edir. Bu gün biz istənilən sahədə ağıllı qərarlar vermək üçün elmin, iqtisadiyyatın, menecmentin qanun və prinsiplərinə müraciət edirik. Bilik digər bacarıqlarımızın effektiv ola bildiyi zəmindir. Bilgi çağında bilgili olmaq və bu bilgini bəşəri və milli dəyərlərin qorunması, inkişafı, həmçinin həlli vacib problemlərin aradan qaldırılması üçün istifadə etmək bir insanlıq vəzifəsidir. Biz yaradıcılıq ruhundan bütün insanların pay aldığını düşünürük. Yaradıcılıq meylinin estetik, bədii, texniki və ya elmi yönümlü olmasını müəyyən edib onu inkişaf etdirən insan, problemlərə yeni gözlərlə baxıb orijinal həllər tapan insandır. Biz insanlarımızın yaradıcılıq potensialını ortaya çıxarıb daha da inkişaf etdirmələri üçün lazımlı şəraiti yaradırıq. Hədəf Konseptinin məqsədi yaxın gələcəyin milli, sağlam, bacarıqlı, yaradıcı və BİLGƏ İNSANlarını yetişdirməkdir".
MÜASİR ZƏKALI VƏ ÇEVİK İNSANIN YETİŞDİRİLMƏSİNƏ XİDMƏT EDƏN PRİNSİPLƏR
Şəmil Sadiqin "İnsan mühəndisi" adlı kitabında konseptin özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq, bilik kimi prinsiplərini ayrı-ayrılıqda şərh edir. Milli dəyərlərə söykənərək çağdaş təfəkkürlü, müasir zəkalı və çevik insanın yetişdirilməsinə xidmət edən bu prinsiplərin hər biri bu gün ümumtəhsil məktəblərində ümumpedaqoji prinsiplər kimi tətbiq olunmalıdır. Çünki bu prinsiplər üzrə işləyən hər bir təhsil müəssisəsi, təlim-tərbiyə qurumu, maarifçilik ocağı uğurlar qazana bilər. Kitabda "Hədəf Konsepti" liseyin simvolları qismində konkret sxem əsasında da öz əksini tapır. Hədəfin Konsepsiyasında STEM, Bilgə insan, Dəyərlər həftəsi, Balabilgə anlayışları yer alır. Bu anlayışların işlədilməsinə qarşı çıxmaq düzgün deyil. Ona görə ki, bir təhsil brendi, bir trend kimi qəbul olunan STEM beynəlxalq təhsil sistemində aparıcı termin kimi işlədilir. Həmin anlayışın baş hərflərinin çox mühüm pedaqoji mahiyyət kəsb edən sözlərin birliyindən yarandığını görürük. "İnsan mühəndisi" kitabında STEM abreviaturasını açarkən bu sözün bütün məna çalarlarını özündə ehtiva edən simvolikanın böyük pedaqoji dəyərini sadə dillə açıqlayan müəllifin fikrincə, XXI əsrin məktəblisi elmin əsaslarına yiyələnməli, texnologiyanın bütün komponentlərini duymağı, qavramağı, qiymətləndirməyi bacarmalı, mühəndislik sahəsində nəzəri və praktik biliklərə malik olmalı, bazar iqtisadiyyatı şəraitində elmi-texniki tərəqqinin son nailiyyətləri dövründə riyazi hesablamaları hərtərəfli anlamalı və bu sahədə kifayət qədər təcrübəyə malik olmalıdır. Bunları nəzərə alan müəllif STEM-in mahiyyəti, məzmunu, elmi-pedaqoji, metodik arenadakı yeri, lisey şagirdlərinin bilik, bacarıq, vərdişlər sistemindəki mövqeyi, məzunların elmi dünyagörüşləri, şəxsiyyətyönümlü inkişafı ilə birbaşa inteqrasiyada olduğunu aydınlaşdırır. Bilgə insan deyəndə müəllif bilikli insan nəzərdə tutur.
YENİ NƏSLİN NÜMAYƏNDƏLƏRİNƏ ƏDƏB-ƏRKAN QAYDALARININ ÖYRƏDİLMƏSİ
Kitabda "Vacib kültürlər" adlı bir başlıq var. Bu başlıq altında müəllif "Uşaqlarınızla danışın", "Uşaqlara gözləməyi öyrədin", "Uşaqlara ayaqları üzərində durmağı öyrədin", "Uşaqlara "yox" deməyi öyrədin", "Uşaqlara ailə kültürü haqqında öyüdlər verin", "Səhv etməyi öyrədin uşaqlarınıza", "Onlara təşəkkür etməyi, minnətdarlıq hissini öyrədin", "Onlara empatiya duyğusunu öyrədin", "Sual vermə kültürü öyrədək uşaqlarımıza" kimi yarımbaşlıqlar yer alır. Bu bölmədə həmin yarımbaşlıqlar altında verilən mövzularda yetişən nəslin nümayəndələrinə ədəb-ərkan qaydalarının öyrədilməsi, onlara mədəniyyət dərsi keçilməsi tövsiyə olunur. Şəmil Sadiqin ədəb-ərkan qaydaları ilə bağlı şagirdlərə verdiyi öyüdlərdən, tövsiyələrdən, məsləhətlərdən valideynlər də istifadə edə bilərlər. Kitabda "Hədəf liseyi"nin öz modeli təqdim olunur. Açığını etiraf eləmək lazımdır ki, bu model ölkədə orta ümumtəhsil sistemində yeniliklər yaratmaq, örnək didaktik mühiti təşkil etmək, fənlərin tədrisi üçün müasir təlim metodlarından istifadə etmək, şagird-müəllim münasibətlərini əxlaqın saflaşdırılması səviyyəsinə qaldırmaq, məktəb-ailə-ictimaiyyətin birgə fəaliyyəti üçün nümunəvi işlər görmək, təlimin tərbiyəedici xarakterinə uyğun praktik işləri həyata keçirmək, təlim-tərbiyə işlərində əyaniliyin, sistemliliyin, ardıcıllığın, elmiliyin, təşəbbüskarlığın, intizamlılığın, ədalətliliyin və digər əxlaqi-mənəvi keyfiyyətlərin formalaşdırılması baxımından yanaşılması çox faydalıdır. Ona görə də, təqdim olunan kitabın orta ümumtəhsil məktəblərinə rəhbərlik edənlərin masaüstü kitabı kimi seçmələrini tövsiyə edirik.
HƏDƏF KURSLARI ABİTURİYENT HAZIRLIĞI İSTİQAMƏTİ ÜZRƏ CİDDİ UĞURLAR ƏLDƏ EDİB
Bu gün hazırlıq proqramını yerinə yetirmək üçün şagirdlər həm məktəbə, həm də kurs və ya fərdi hazırlıq müəllimləri yanına getməli olur ki, bu da onların gün ərzində ciddi şəkildə yorğunluğuna səbəb olur. Məktəbə getmək, evbəev gəzmək, yollarda mənşəyi bəlli olmayan yeməklərlə qidalanmaq, dərs saatlarının ağırlığı, fiziki və psixoloji gərginlik onlarda ciddi depressiya yaradır. Bu baxımdan Hədəf şagirdlərə həm lisey, həm də kurs olaraq vahid bir proqram təklif edir. Bununla uşaqlar hazırlığa getmək üçün məktəbdən icazə almağa məcbur olmur, hər gün hazırlıq proqramını yerinə yetirmək üçün şagirdlərimiz həm məktəbə, həm də kurs və ya fərdi hazırlıq müəllimləri yanına getməli olur ki, bu da onların gün ərzində ciddi şəkildə yorğunluğuna səbəb olur. Məktəbə getmək, evbəev gəzmək, yollarda mənşəyi bəlli olmayan yeməklərlə qidalanmaq, dərs saatlarının ağırlığı, fiziki və psixoloji gərginlik onlarda ciddi depressiya yaradır. Bu baxımdan biz sizə həm lisey, həm də kurs olaraq vahid bir proqram təklif edir.
ƏSAS HƏDƏF
Artıq 15 ildir ki, fəaliyyət göstərən Hədəf Kursları abituriyent hazırlığı istiqaməti üzrə ciddi uğurlar əldə edib. Minlərlə tələbənin ali məktəblərə qəbul olunmasına dəstək verib. 10-dan çox Azərbaycan birincisi, 100-lərlə 600-dən çox bal toplayan şagirdlərin yetişdirilməsində peşəkar müəllim heyətinə sahib olan Hədəf Kurslarının təkrarolunmaz proqramı artıq 5 ildir ki, Hədəf STEAM Liseyində tədris edilir. Bunun nəticəsində 3 buraxılışı olan Hədəf STEAM Liseyi məzunları 100 faiz nəticə ilə ali məktəblərə qəbul olublar.
Sevinc QARAYEVA
525.az
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub