“Hədəf” Kurslarının məzunu, 20 yaşlı gənc istedad Musa Abdullayev “Səs Azərbaycan” yarışmasında münsiflər heyətinin yekdil qərarı ilə növbəti mərhələyə keçib. Mübariz Tağıyev, Tünzalə Ağayeva, Manana və Faiq Ağayev onun haqqında yüksək fikirlər səsləndiriblər. Musa Abdullayev müsabiqənin qaydalarına əsasən münsiflər heyətindən Mübariz Tağıyevi seçib. Qeyd edək ki, indiyə qədər "The Voice" dünyanın 50-dən çox ölkəsinin ən nüfuzlu telekanallarında nümayiş olunub və beynəlxalq musiqi aləminə yüzlərlə unikal, gözəl, mükəmməl səs və maraqlı performans bəxş edib. Milyonlarla tamaşaçı ordusu toplayan, izləmə rekordu qıran bu məşhur layihə ilk dəfədir ki, Azərbaycan teleməkanında keçirilir. Yeni televiziya mövsümündən başlayaraq, tamaşaçılar AzTV-nin efirində əsrarəngiz səs sahiblərinin aşkara çıxarılması mərhələsini izləyə biləcəklər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür