senetaz

Həsən Əliyev 80 D

01 Sentyabr 2018 219

Hədəf Kurslarının yeni – Yasamal filialının açılış mərasimi keçirildi - FOTOLAR

Hədəf Kurslarının yeni – Yasamal filialının açılış mərasimi keçirildi - FOTOLAR

IMG_1608-768x512

Sentyabrın 1-də Hədəf Kurslarının yeni – Yasamal filialının açılış mərasimi keçirilib.

Tədbiri Yasamal filialının müdiri, Hədəf Kurslarının Təhsil və Tədris işləri üzrə direktoru Elxan Nəcəfov açıb. O, yeni filialın iş prinsipi barəsində geniş məlumat verib.

Daha sonra Hədəf Kurslarının həmtəsissçisi Vüqar Tarquliyev çıxış edərək son on ildə kursun qazandığı nailiyyətlərdən, Azərbaycan elminə verdiyi töhfələrdən söz açıb.

Hədəf Kurslarının həmtəsissçisi Şəmil Sadiq də öz növbəsində kursun fəaliyyətində müəllim və işçi heyətinə uğurlar arzu edib. O, Hədəf konsepsiyasından danışaraq, əsas məqsədlərinin savadlı gələcək yetişdirmək olduğunu qeyd edib.

Tədbirin sonunda il boyu fərqlənən müəllimlər mükafatlandırılıb.

[gallery ids="28520"] [gallery ids="28495,28496,28497,28498,28499,28500,28501,28502,28503"]