“YAŞAT” Fondu tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək veriləcək. Senet.az xəbər verir ki, dəstək proqramı çərçivəsində əməkdaşlıq yaradılmış özəl məktəblərdə şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq. Müraciət edənlər arasında seçim müvafiq məktəb tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq. “YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində Hədəf Liseyində 10 şəhid övladı üçün 100% nisbətində güzəşt tətbiq olunacaq. Müraciətlər 8110 Çağrı Mərkəzi vasitəsilə bazar ertəsi-cümə günləri saat 09:00-dan 18:00-dək qəbul edilir. Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı 10 nəfər əlilliyi müəyyən olunmuş hərbi qulluqçunun övladı üçün təhsil mərkəzi tərəfindən 50% güzəşt tətbiq ediləcək. Vəsaitin qalan hissəsi isə şəxsin özü tərəfindən qarşılanacaq. Son müraciət tarixi: 16.04.2021. Qəbul imtahanı aprelin 18-də keçiriləcək.

Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür