Sloveniya Respublikasının paytaxti Lyublyanada keçirilən, UNESCO tərəfindən dəstəklənən Beynəlxalq Fəlsəfə Olimpiadası eIPO-2021 başa çatıb. Senet.az xəbər verir ki, Sloveniya Prezidenti Borut Pahorun təbrik nitqi ilə açılan və onlayn formatda dörd gün davam edən, bu mötəbər tədbirdə 56 ölkədən 112 məktəbli arasında paytaxtımızdakı “Hədəf” liseyinin qurucu direktoru Şəmil Sadiqin dəstəyi ilə təhsil ocağının 11-ci sinif şagirdi Gülsüm Nuriyevanın timsalında Azərbaycan ilk dəfə iştirak edib. Yekunda Braziliyalı Luiz Felipe və Sloveniyadan Andrej Jovicevic birinci yeri bölüşərək qızıl medala, Almaniya, Avstriya, Yaponiya və Cənubi Koreya məktəbliləri gümüş medala, Türkiyə, Macarıstan, Ukrayna, Latviya və Kosta Rikalı şagirdlər isə bürünc medala layiq görülüblər. Olimpiada işini müsabiqə zamanı təqdim olunan dörd fəlsəfi mövzudan birini seçməklə yarış iştirakçılarının yazdıqları esselərin ekspertlər tərəfindən qiymətləndirilməsi ilə yekunlaşıb. eİOL-2021 Beynəlxalq Olimpiadasında iştirak “Hədəf” liseyi üçün mütərəqqi təcrübəyə yiyələnmək baxımından çox səmərəli olub. Lisey növbəti il Azərbaycanda məktəblilər arasında milli fəlsəfə olimpiadası keçirməyi hədəfləyir. Bu yarışda birinci və ikinci yeri qazananlar eİOL 2022-də iştirak hüququ qazanacaqlar.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür